"Goldman Sachs": Çin sentyabr ayında ehtiyatlarına 15 ton qızıl əlavə etdi | Banco.az

"Goldman Sachs": Çin sentyabr ayında ehtiyatlarına 15 ton qızıl əlavə etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Goldman Sachs-ın hesablamalarına görə, mərkəzi bankların yay fasiləsindən sonra alışları bərpa etməsi fonunda Çin sentyabr ayında ehtiyatlarına təxminən 15 ton qızıl əlavə edib.

Banco.az xəbər verir ki, bu rəqəm Çinin rəsmi açıqladığı 1,24 tonla müqayisədə xeyli yüksəkdir.

Analitiklər bildirir ki, dünya üzrə mərkəzi banklar sentyabrda ümumilikdə 64 ton qızıl alıb və bu, əvvəlki aya nisbətən üç dəfə çoxdur.

"Goldman Sachs" alış tendensiyasının noyabrda da davam edəcəyini proqnozlaşdırır.

Son üç ildə qızıl qiymətlərindəki kəskin artımda mərkəzi bankların alışları əsas amillərdən biri olub.

Oktyabrda qızıl bir unsiya üçün 4380 dollarla tarixinin ən yüksək səviyyəsinə çatmışdı.

Bank analitikləri mərkəzi bankların geopolitik və maliyyə risklərinə qarşı ehtiyatlarını diversifikasiya etdiyini bildirir və 2026-cı ilədək ayda orta hesabla 80 ton alış gözləyir.

"Goldman Sachs" qızılın qiymətinin gələn ilin sonunadək 4900 dollara yüksələ biləcəyini proqnozlaşdırır.