"Cisco" süni intellektə əsaslanan tərcümə startapı EzDub-u satın alıb | Banco.az

"Cisco" süni intellektə əsaslanan tərcümə startapı EzDub-u satın alıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Cisco"  tərcümə xidmətləri təqdim edən və "Y-Combinator" tərəfindən dəstəklənən "EzDub" startapını satın aldığını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkət EzDub-un spikerin orijinal səsini qoruyan AI tərcümə texnologiyasını "Cisco Collaboration" platformasına inteqrasiya etməyi planlaşdırır.

Bu yenilik "Webex" video zəngləri və mesajlaşmada canlı tərcümə funksiyalarını daha geniş istifadəçi kütləsinə əlçatan edəcək.

Startap Venture Highway-in rəhbərliyi ilə 4,2 milyon dollar investisiya cəlb edib və "Replit", "Applied Intuition" kimi sektorun tanınmış adlarından dəstək alıb.

"Cisco" sövdələşmənin məbləğini açıqlamayıb.

"Cisco" rəhbərliyi bildirir ki, "EzDub" komandasının inteqrasiyası şirkətin AI əsaslı əməkdaşlıq texnologiyalarını daha da gücləndirəcək.