Azərbaycanın təbii qaz ixracından qazancı 8%-dən çox artıb | Banco.az

Azərbaycanın təbii qaz ixracından qazancı 8%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədən 20 milyard 648 milyon 829 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 7 milyard 417 milyon 792 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 3,2% azalıb, dəyər baxımından isə 8,3% artıb. 

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,28% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram