Alüminium və mis qiymətlərində eniş | Banco.az

Alüminium və mis qiymətlərində eniş

Müəllif:Mehin Qasımova,Banco.az

Alüminium və mis qiymətləri ABŞ-dan gecikmiş iqtisadi məlumatlar və FED-in yaxın ayda faiz endirimi ehtimallarının zəifləməsi fonunda ucuzlaşıb.

Banco.az xəbər verir ki, investorların riskli aktivlərdən uzaqlaşması sənaye metallarında enişi gücləndirib.

Cümə axşamı açıqlanacaq ABŞ məşğulluq hesabatı FED-in növbəti addımına dair gözləntiləri formalaşdıracaq.

Noyabrın əvvəlində son üç ilin maksimumuna çatan alüminium səhər saatlarında London Metal Birjasında ton başına 2 792,50 dollara qədər ucuzlaşaraq bir ayın ən aşağı həddinə düşüb. Mis 0,3%, sink isə 0,5% geriləyib. Dəmir filizi fyuçersləri isə 0,5% azalaraq ton üçün 103,90 dollar olub.