Deputat “Startup”lara vergi güzəştlərinin tətbiq edilməsini istəyir | Banco.az

Deputat “Startup”lara vergi güzəştlərinin tətbiq edilməsini istəyir

“Azərbaycanda çox sayda “startup” həyata keçirilir. Bu “startup”ların inkişafı iqtisadiyyatın və sahibkarlığın inkişafına çox böyük töhfədir və bunu təşviq etmək lazımdır”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O hesab edir ki, nəzərdə tutlan güzəştlər bu sahəyə də tətbiq edilsə, bu, Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsinə böyük töhfə olar: “Ulu öndər Heydər Əliyev vaxtilə yüksək texnologiya bilikləri tələb edən sahələri, kondisioner və digər zavodların tikintisini Azərbaycana gətirməsəydi, o sahələrdə alimlər yetişməsəydi, konstruktor-təcrübə laboratoriyaları yaradılmasaydı, əlbəttə, bu gün Azərbaycanın müdafiə qabiliyyətini öz hesabına təmin edə biləcək işlərin görülməsi mümkün olmazdı”.

Ən sərfəli kredit üçün müraciət et

B.Əliyev vurğulayıb ki, Vergi Məcəlləsinə dəyişikliklərin və onların iqtisadiyyatın daha sürətlə inkişafına və sahibkarlığın genişlənməsinə töhfə verəcəyinə şübhə yoxdur: “Qısa müddət ərzində vergilər sahəsində böyük işlər görüldü, sahibkarlar üçün geniş imkanlar yarandı. Bu gün Azərbaycanda vergi siyasəti ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata keçirilir. Bu baxımdan da təklif edilən dəyişikliklərin gözəl nəticələr verməsi şübhə doğurmur”.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et