Depozit hesablarının azalması müştəri sayına təsir edib? | Banco.az

Depozit hesablarının azalması müştəri sayına təsir edib?

Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin aprel ayında bank müştərilərinin sayı mart ayı ilə müqayisədə 3% (136140) artıb.

2015-ci ilin 4-cü ayında isə fiziki şəxslərdən ibarət bank müştərilərinin sırasına daha 132660 nəfər qoşulub.  Sahibkarlıqla məşğul olan müştərilərin sayı 1 ayda 2% (3309) artıb. Hüquqi şəxslərin sayındakı (3480) artım isə 3% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin ikinci rübünün başlanğıcında bank hesablarında 1.69% (244546) artım olub.  Cari hesablar mart ayı ilə müqayisədə 2.08% (227289),  kredit hesabatları isə 0.86% (26595) artıb. Depozit hesabları isə əksinə 2.18% (9338) azalıb.