Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Mərkəzi banklar, iqtisadiyyatın yavaşlaması və ya deflyasiya riski ilə qarşılaşdıqda pul siyasətini yumşaltmaq üçün faiz dərəcələrini aşağı salma qərarı barədə düşünürlər.
Banco.az-ın məlumatına görə, bu yanaşma, bankların mərkəzi bankdan daha aşağı maliyyətlə kredit almaq imkanını artıraraq, müştərilərə daha az faizlə borc vermələrinə yol açır. Bunun nəticəsində, istehlakçılar və şirkətlər daha sərfəli şərtlərlə maliyyə resurslarına çıxış əldə edir, bu da investisiyaların və istehlakın artımını təşviq edir. Nəticədə, bu cür tədbirlər, iqtisadi aktivliyin canlanmasına və deflyasiya riskinin azalmasına yönəlir.
İqtisadi analitiklər bildirir ki, iqtisadi aktivliyin azalması, istehlak və investisiyaların düşməsi, bankların müştərilərinə daha aşağı depozit faizləri təklif etməsinə səbəb olur. Bu, iqtisadiyyatın canlanması üçün stimul yaradır.
Bankların müştərilərinə daha aşağı faiz dərəcələri təklif etməsi üçün müsbət şəraitdə daha çox likvidliyə sahib olmaları vacibdir. Bu prosesi isə mərkəzi bankın pul təminatı artırması və bankların daha çox pul dövriyyəsinə girməsi sürətləndirir.
İqtisadiyyatda pul tələbinin azalması, depozit faizlərinin aşağı düşməsinə səbəb ola bilər. İnsanlar və müəssisələr investisiya etməkdə tərəddüd etdikdə, banklar daha az pul cəlb edir və bu da faizlərin aşağı salınmasını təşviq edir.
Banklar arasında müştəri cəlb etmək üçün daha aşağı faiz dərəcələri təklif etmək rəqabətinin artması, depozit faizlərinin azalmasına yol açır.
Sadalanan bütün bu amillərin bir araya gəlməsi, depozit faizlərinin aşağı salınmasına zəmin yaradır.