DəmirBank rəqəmlərdə: 2013-2014 | Banco.az

DəmirBank rəqəmlərdə: 2013-2014

DəmirBankın aktivləri 1 ildə 3,73% artıb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az portalı məlumat verir.

2014-cü ilin sonuna olan nəticələrə əsasən DəmirBankın aktivləri 3,73 faiz yüksələrək, 420 303,99 min manata çatmışdır. Həmin dövr ərzində bankın overdraftlar da daxil olmaqla kredit portfeli 2,84%, xalis kredit portfeli isə 3,50% artmışdır. Lakin Bankın məqsədli ehtiyatlarında nəzərəçarpacaq azalma müşahidə olunub. Belə ki, kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün ayrılan məqsədli ehtiyatların həcmi 2014-cü ilin sonuna 3286,07 min manata çatıb.

Ötən il ərzində depozit portfelində də əhəmiyyətli dərəcədə 1.42% böyümə olub və ilin sonuna bu rəqəm 193690,82 min manata yüksəlib.

2013-cü illə müqayisədə Bankın faiz gəlirlərində 26%, faiz xərclərində isə 10% artım müşahidə olunub. Bankın qeyri-faiz gəlirləri 14% artdığı halda, qeyri-faiz xərcləri 19% yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin sonuna bankın qeyri-faiz xərcləri 34549,87 min manat olub ki, bunun da təxminən yarısı, 16679.86 min manat əməkhaqqı xərclərinin payına düşür.

2014-cü ilin sonuna olan nəticələrə əsasən, DəmirBankın vergidən öncəki mənfəəti 5878,46 min manat, vergilər ödəndikdən sonrakı xalis mənfəəti isə 4513,71 min manat təşkil edib.

Mənfəət və zərər hesabatı | Create infographics

 

Göstəricilər | Create infographics