Deflyasiya ya Inflyasiya? Hansı daha təhlükəlidir? | Banco.az

Deflyasiya ya Inflyasiya? Hansı daha təhlükəlidir?

Son günlərdə ən çox eşitdiyimiz terminlər deflyasiya və inflyasiyadır. Banco.az bu terminləri sizə daha aydın şəkildə izah etməyə çalışacaq.

Deflyasiya

1) Əmtəə və xidmətlərin cari ilə qiymətlərinin bazis ili kimi görülmüş ilin qiymətlərinə yenidən hesablanması prosedurası (məsələn, ümumi milli məhsulun deflyatoru);

2) İnflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədavüldən artıq pul kütləsinin müəyyən hissəsinin çıxarılmasına yönəldilmiş dövlət tədbirləri kompleksidir: qiymətli kağızların buraxılması, nağd pulun cəlb edilməsi üçün banklarda faiz dərəcələrinin artırılması, vergi vasitələri və pul islahatlarına və pul mübadiləsinə (denominasiya) qədər sair vasitələr. Belə ki, kreditlərin ödənişinin məhdudlaşılması (uçot dərəcəsinin qaldırılması nəticəsində) kapital qoyuluşlarının azaldılmasına gətirib çıxardığından deflyasiya son nəticədə işsizliyin genişlənməsinə səbəb olur;

3) İqtisadiyyatda qiymətlərin ümu mi səviyyəsinin azalması (inflya siyaya əks olaraq), adətən 2-ci bənddə sadalanan tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiy mətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sindromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir.

Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. İxracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir.

Fəaliyyət prinsipi

Müasir şərtlər çərçivəsində deflyasiya iqtisadi enişdən,  məhsul istehsalının aşağı düşməsi və işsizliyin artımından xəbər verir. Qiymətlərin aşağı düşməsinə görə iqtisadi agantlər investisiyaların həcmini azalda bilər ki,  bir neçə müddət sonra (bir neçə ildən sonra) həmin vəsaitləri daha sərfəli şəkildə yerləşdirsin (qiymətlərin enməsi nəticəsində resursları daha ucuz alsın). Bu isə davamlı şəkildə tələbin aşağı düşməsinə aparır və qiymətlərin enişinin və istehsal həcminin azalmasını daha da çox stimullaşdırır.

Tənzimlənmə 

  • Dövlət xərclərinin ixtisarı
  • Uçot faizinin yüksəldilməsi
  • Vergi təzyiqinin gücləndirilməsi
  • Pul kütləsinin azalması

Bütün bunların “bahalı pullar” siyasətinin nəticəsi kimi ortaya çıxır.

Ən sərfəli kredit üçün müraciət et

“Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) Mərkəzi Bank tərəfindən inflyasiyanı azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul təklifini azaldır. Bundan əlavə yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin faiz dərəcələrini də yüksəldirlər. Bunun nəticəsində isə ucuz kredit əldə etmək imkanından məhrum olan bir sıra kompaniyalar istehsalı azaldırlar. “Bahalı” pullar siyasəti həyata keçirməklə hökumət istehsalın aşağı düşməsi və işsizliyin artımı sayəsində inflyasiya templərinin aşağı düşməsinə nail olur.

Inflyasiya

Müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yük səlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. Başqa sözlə, inflyasiya pul tədavülü kanallarının əlavə (artıq) pul kütləsi ilə dolması, yaxud pul tədavülü kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir. İnflyasiya iqtisadi tarazlığı pozduğundan və iqtisadi böhrana səbəb olduğundan dövlət bu və ya digər iqtisadi-maliyyə alətləri (tədbirləri) vasitəsilə bu prosesin qarşısını almağa çalı şır ki, bu da anti-inflyasiya siya səti adlanır. İqtisadiyyatda inflyasiyanın səviyyəsini qiymət indeksi müəy yən edir. Yaranma səbəbinə görə inflyasiya iki qrupa bölünür:

tələb inflyasiyası və təklif inflyasiyası.

İqtisadiyyatda tələbin artması cəmiyyətin istehsal imkanlarını xeyli geridə qoyaraq qiymətlərin yüksəlməsinə, yəni inflyasiyaya gətirib çıxarır. Təklif inflyasiyası (xərc inflyasiyası) zamanı isə qiymətləri tələb deyil istehsal xərcləri artırır. Belə ki, məhsul vahidinin istehsal xərclərini artıran amillər həm də inflyasiyanı törədən amillər kimi çıxış edir. Eyni zamanda, ölkə iqtisadiyyatında əmək haqqı səviyyəsinin yüksəldilməsi ilə bağlı olan inflyasiya istehsal məsrəflərinin artması ilə yaranan inflya siyanın tərkib hissəsidir. Tempinə görə inflyasiya, əsasən, 4 cür fərqləndirilir:

normal (illik 4%-ə qə dər),

sürünən (4-20%), yüksək (20-200%)

hiperinflyasiya (200%-dən yüksək).

Yaranma səbəblərindən irəli gələ rək inflyasiya gözlənilən və gözlənilməz olur. Birincisi, adətən, hökumətin həyata keçirdiyi iqtisadi tədbirlərin nəticəsi kimi, ikincisi isə makro-iqtisadi səviyyədə baş verən gözlənilməz dəyişmələrin nəticəsi kimi meydana çıxır.

İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır.