Müəllif: Gülnar Əhmədli, Banco.az
"Hal-hazırda Azərbaycan iqtisadiyyatında mövcud vəziyyət davamlı və səssiz bahalaşma ilə irəliləyir. Marketdə istehlakçı eyni məhsulu 3 gün əvvəl aldığı qiymətlə ala bilmir".
Bunu Banco.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
"Davamlı və səssiz bahalaşmanın səbəbi ilk növbədə idxal inflyasiyası, həmçinin meqalopolisləşmə ilə bağlıdır. Ölkədə yerli istehsal yox dərəcəsindədir. Mağaza vitrinlərində istehlakçı hansı məhsulun paketini çevirsə arxasında əksərən ya Rusiya ya Türkiyə yazılır. Həmin ölkələrin də inflyasiyası olduğu üçün Azərbaycan bazarına, market vitrininə qədər artıq yüksəlmiş olur", - iqtisadçı bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank illərdir valyutaya nüdaxilə edərək məzənnənin sabit saxlayır: "Dəyişən məzənnədə vəziyyət daha da çıxılmaz olardı. İkinci bir məsələ meqalopolisləşmə və yalnış kənd təsərrüfatı siyasəti ilə əlaqədardır. İlk növbədə ona görə ki, kənd və rayonlar işsizlikdən boş qalıb, əkib-biçən yox səviyyəsindədir.
Olan əkinçi, fermer də ya məhsulu birbaşa xarici bazara ixrac edir ya da hansı məhsul ötən il bazarda baha satılıbsa bu il hamı onu əkir.
Subsidiyalar düşünürəm ki, planlı verilməlidir.Əkin sistemli olmalıdır.Hər kəs eyni məhsulu əkib bazarda baha satmaq istəyəndə və ya ixrac edib valyuta ilə gəlir əldə edəndə qıtlıq da yaranır, qiymət də artır".

Bizi sosial şəbəkələrdən izləyin!!
