Müəllif: Tamara Mustafayeva, Banco.az
Böhran vəziyyəti ilə üzləşən “Credit Suisse” bankının səhmləri sürətlə bahalaşıb.
Banco.az xəbər verir ki, “Credit Suisse” cəbhəsində böhrana qarşı atılan addımlar bazarda müsbət qarşılanıb.
Belə ki, çərşənbə günü rekord səviyyədə ucuzlaşan bankın səhmləri İsveçrə Milli Bankının likvidlik dəstəyi sayəsində yeni ticarət günündə 40 faizlik rekord artıma imza atıb.
Xatırladaq ki, İsveçrədə yerləşən “Credit Suisse” bankının ən böyük səhmdarı olan Səudiyyə Ərəbistanı Milli Bankının kapitallarını artırmayacaqlarını açıqlamasından sonra bankın səhmlərinin qiymətində azalma 20 faizi keçmiş və satış təzyiqi bütün bazara yayılmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!