COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir | Banco.az

COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

COVİD-19-dan şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə deyil, poliklinikalara müraciət etməsi məsələsi yalnız Bakıya aiddir.

Bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, bütün ölkədə COVİD-19-a şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün poliklinikalara müraciət etməsinə ehtiyac yoxdur:

"Hazırda yalnız Bakı şəhərində poliklinikalar tərəfindən testlər aparılır. Bakıdan başqa digər bölgələrdə COVİD-19-la bağlı testlərin götürülməsi, pasiyentlərin müayinəsi əvvəlki qaydada həyata keçirilir. Həmin ərazilərdə testlərin götürülməsi ilə bağlı müraciətlər 103 və ya İcbari Tibbi Sığorta Agentliyinin COVİD-19-la bağlı yaratdığı 1542 "Qaynar xətti" vasitəsilə həyata keçirilir".

N.Seyidov qeyd edib ki, bölgələrdə mərkəzləşdirilmiş regional laboratoriyalar var. 103 tərəfindən və ya COVİD-19 üçün ayrılan xəstəxanalarda götürülən bütün analizlər həmin laboratoriyalara göndərilir və orada yoxlanılır.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et