Tamara Mustafayeva, Banco.az
Ötən ilin mart ayında bazara çıxarılan və qısa vaxt ərzində böyük marağa səbəb olan "Clubhouse" tətbiqi söhbət otaqlarına daxil olmaq üçün tələb edilən dəvət şərtini ləğv etdiyini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, populyar sosial media platforması istifadəçi giriş sistemində dəyişiklik edib. Belə ki, şirkətdən edilən açıqlamaya görə, proqrama daxil olmaq üçün lazım olan dəvət şərti ləğv edilib və əvvəl mövcud olan gözləmə siyahısı da artıq tətbiq edilməyəcək.
Xatırladaq ki, ilkin mərhələdə iOS istifadəçiləri üçün əlçatan olan "Clubhouse" tətbiqinin bu ilin may ayında Android vesiyası da istifadəçilərin bəyənisinə təqdim edilmişdi. Şirkət bir neçə gün əvvəl sözügedən versiyanın artıq 10 milyon endirilmə sayına çatdığını elan etmişdi.
Bununla yanaşı, şirkət platformada gündəlik təqribən 500 min söhbət otağı açıldığını və istifadəçilərin tətbiqdə gün ərzində orta hesabla bir saat vaxt keçirdiklərini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!