Çinin üç ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb | Banco.az

Çinin üç ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Üç Çin bankı Rusiyanın sanksiyalara məruz qalan maliyyə təşkilatlarından ödənişləri qəbul etməyi  dayandırıb. 

Banco.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Məlumata görə, söhbət Çində aktivlərinin həcminə görə birinci, ikinci və dördüncü yerləri tutan Çin Sənaye və Kommersiya Bankı, Çin İnşaat Bankı və Bank of China-dan gedir. 

Belə ki, yanvarın əvvəlindən bu banklar Rusiya müştərilərinə ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq ediblər. Lakin bu problemin ilkin şərtləri dekabrın ikinci yarısında 12-ci anti-Rusiya sanksiyalar paketinin qüvvəyə minməsi ilə başlayıb. 

Ödənişlər hansı sistemdən - Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS-dən keçməsindən asılı olmayaraq rədd ediləcək. Çin tərəfi imtinanı şirkətin daxili siyasəti ilə izah edir. Sanksiya olmayan banklarla əməliyyatlar hələ də davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram