Yaponiyanın 2040-cı ilə qədər yol xəritəsi: 17 sektora 2,2 trilyon dollar investisiya | Banco.az

Yaponiyanın 2040-cı ilə qədər yol xəritəsi: 17 sektora 2,2 trilyon dollar investisiya

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın 2040-cı ilə qədər yol xəritəsi: 17 sektora 2,2 trilyon dollar investisiya.

Banco.az xəbər verir ki, Yaponiya hökuməti süni intellekt başda olmaqla strateji əhəmiyyət daşıyan sahələrə yatırımlarını artırmağı planlaşdırır. Məlumata görə, Tokio rəhbərliyi 2040-cı maliyyə ilinə qədər təxminən 370 trilyon yen (2,2 trilyon dollar) həcmində investisiya yatırmağı nəzərdə tutur.

Yaponiyanın dövlət televiziya kanalı olan “NHK”nin Nazirlər Kabinetindəki mənbələrə istinadən yaydığı xəbərə görə, hökumət qarşıdakı 15 il ərzində dövlət və özəl sektorun iştirakı ilə genişmiqyaslı maliyyələşdirmə proqramı formalaşdırmağı hədəfləyir.

Plana əsasən, süni intellekt də daxil olmaqla, milli iqtisadi təhlükəsizlik baxımından strateji əhəmiyyətə malik 17 müxtəlif sektora 2040-cı maliyyə ilinə qədər təxminən 370 trilyon yen investisiya qoyulması nəzərdə tutulur.

Yarımkeçiricilər, gəmiqayırma və tərsanə sənayesi, eləcə də kritik mineralların hasilatı və emalı kimi sahələrə yönəldiləcək investisiyalar vasitəsilə Yaponiyanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsi məqsəd qoyulub.

Gözlənilir ki, Nazirlər Kabinetinin üzvləri iyun ayı ərzində keçiriləcək iclasda yeni investisiya strategiyasını müzakirə edəcək və planı ictimaiyyətə təqdim edəcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram