Müəllif: Tamara Mustafayeva, Banco.az
Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb.
Banco.az xəbər verir ki, Liviya neft hasilatını artıran ölkələr sırasına qoşulub. Ölkənin neft istehsalı 2013-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Liviyanın Milli Neft Korporasiyasının (NOC) rəhbəri Məsud Süleyman bazar günü verdiyi açıqlamada ölkənin xam neft hasilatının gündəlik 1,44 milyon barelə çatdığını bildirib.
“Reuters”in yaydığı məlumata görə, bu göstərici Liviyada 2013-cü ildən bəri qeydə alınan ən yüksək hasilat səviyyəsidir. Siyasi qeyri-sabitlik və infrastruktur problemləri səbəbindən tez-tez fasilələrlə üzləşən Liviyanın neft sektoru bu nəticə ilə son 13 ilin ən güclü göstəricisinə nail olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
