Çinin daşınmaz əmlak bazarındakı qiymət artımı hökumət üçün ciddi baş ağrısına çevrilsə də iri inşaat şirkətlərinin sahiblərinə görünməmiş dividendlər qazandırır.
Xu Jiayin – Çinin nəhəng daşınmaz əmlak inşaatı - China Evergrande Groupun idarə heyətinin sədri Asiyanın ən zəngin insanına çevrilib. Bu haqda Forbes Real Time göstəriciləri deməyə əsas verir.
Forbes reytinqində milyarder şiddətlə irəliləyib: Çinin ən zəngin insanlarının son reytinqində o, 9-cu pillədə qərar tutmuşdu, amma iyulun sonunda artıq üçüncü pillədə idi. Həmin zaman Xu Jiayini yalnız Alibabanın təsisçisi Jack Ma ($36,2 mlrd dollar) və Ma Huateng, Tencent telekommunikasiya şirkətinin qurucusu ($35,4 mlrd dollar) qabaqlayırdı.
İndi isə situasiya dəyişib - Xu Jiayinin sərvətinin miqdarı $42,2 milyard dollara qədər yüksəlib və o, ilk pilləyə qalxıb. Huateng isə 39,1 milyard dollar ilə ikinci pillədə qərar tutub. Hazırda sərvətinin miqdarı $38,9 milyard dollar qiymətləndirilən Jack Ma isə üçüncü yerdədir. Evergrande-nin benefisiarı Forbesin qlobal reytinqində isə 15-cidir.
Jiayenin yüksəlişinə səbəb – Evergrande şirkətinin səhmlərinin qiymətindəki artımdır, sentyabrın 21-də təkcə səhmlər 4,6% bahalaşaraq, bir səhmə görə 3,9 dollar (30,4 Honkonq dolları) təşkil edib, ümumilikdə son il ərzində səhmlərin qiyməti 5 dəfə artıb.