Çində sənaye şirkətlərinin mənfəəti kəskin şəkildə aşağı düşüb | Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti kəskin şəkildə aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti ilin ən kəskin azalmasını qeydə alıb.

Banco.az xəbər verir ki, illik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,81 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti 2024-cü ilin yanvar-sentyabr aylarında 5 trilyon 228 milyard yuana (təxminən 742,6 milyard dollar) çatıb.

Bu barədə Milli Statistika Bürosunun (UIB) bəyanatında deyilir.

Ümumi mənfəət sentyabr ayında ötən ilin eyni ayına görə 27,1 faiz azalaraq bu ilin ən kəskin azalmasını reallaşdırıb. Avqustda 17,8 faiz azalma qeydə alınmışdı.

Sentyabrda gəlirlilik dövlət şirkətlərində 6,5 faiz, özəl sektor müəssisələrində isə 9,6 faiz azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ilk 9 ayda ümumi mənfəət 3,5 faiz azalarkən, ilk 8 ayın 0,5 faizlik artım tendensiyası mənfiyə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

İlk 9 ayda dövlət şirkətlərinin mənfəəti 1,3 faiz, özəl sektor şirkətlərinin mənfəəti isə 2,6 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram