Çində pərakəndə satış və sənaye istehsalı proqnozları üstələyib | Banco.az

Çində pərakəndə satış və sənaye istehsalı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində pərakəndə satış və sənaye istehsalı proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Çin 2024-cü ilin ilk iki ayında pərakəndə satış və sənaye istehsalı üçün gözləniləndən daha güclü nəticələr açıqlayıb.

Belə ki, rəsmi məlumatlar göstərir ki, ölkədə pərakəndə satış 5,5 faiz, sənaye istehsalı isə 7 faiz artıb.

Fevralda şəhərlərdə işsizlik nisbəti isə 5,3 faiz olub.

Yanvar və fevral aylarında daşınmaz əmlak investisiyaları illik 9 faiz azalarkən, bu dövrdə emal sənayesi 9,4 faiz artıb.

Qeyd edək ki, Çinin yanvar və fevral ayları üçün məlumatları, adətən, ölkənin ən böyük milli bayramı olan və müəssisələrin ən azı bir həftə bağlandığı Ay Yeni ili ilə əlaqədar dəyişiklikləri düzəltmək üçün toplanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram