Fevralın 3-nə olan məlumata əsasən, Nyu-Yorkun Comex birjasında, qızıl fyuçersləri 2,30 dollar və ya 0,18% ucuzlaşaraq, bir troya unsiyasına görə 1274,60 dollara düşüb. Comexdə gümüşün mart fyuçerslərinin qiyməti isə 0,27% enərək, bir troya unsiyasına görə 17,21 dollara düşüb.
Yunanıstandan və Çindən gələn xəbərlərin fonunda çərşənbə günü baş tutan əməliyyatların gedişində qızılın qiyməti enir, bunu birja məlumatları da təsdiqləyir.
Qızıl bazarındakı investorlar diqqəti Yunanıstanın maliyyə nazirinin The Financial Times qəzetinə verdiyi müsahibəyə yönəldib. Nazir müsahibəsində bildirib ki, ölkə hökuməti borcları tamamı ilə silməyi deyil, köhnə borc istiqrazlarını yeniləri ilə əvəzi etməyi düşünür.
Onun fikrincə, iki növdə yeni istiqraz emissiyası vasitəsi ilə borc yükü azalacaq. Birinci növ istiqrazlar iqtisadiyyatın inkişafı ilə bağlı olacaq (ödənişlər ÜDM-ın artımından asılı olaraq ediləcək), ikincilərdə isə borcun bağlanma tarixi olmayacaq.
Qızıl fyuçerslərinin qiymətinə həmçinin Çindən gələn xəbərlər də təsir göstərib. Burada mart ayından etibarən qızılın qiymətinin azad bazar tərəfindən müəyyən olunması proseduruna başlanması planlaşdırılır. Ölkənin maliyyə tənzimlənməsi və nəzarəti üzrə baş idarəsi tezliklə elektron hərracın hansı normalar əsasında tənzimlənməsi ilə bağlı qərardat hazırlamalıdır.