Çin və Rusiya Hörmüz boğazı ilə bağlı BMT qətnaməsinə veto qoyublar | Banco.az

Çin və Rusiya Hörmüz boğazı ilə bağlı BMT qətnaməsinə veto qoyublar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və Rusiya Hörmüz boğazı ilə bağlı BMT qətnaməsinə veto qoyublar.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim edilən və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasını hədəfləyən qətnamə layihəsi Rusiya və Çin səsləri ilə veto edilib.

Təhlükəsizlik Şurasının dövri sədri olan Bəhreyn, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi üçün əlaqələndirilmiş “müdafiə” tədbirlərinə çağırış edən qətnamə layihəsini Şuraya təqdim edib.

Şura iclasında keçirilən səsvermədə layihə 11 lehinə səs qazansa da, Kolumbiya və Pakistan bitərəf qalıb.

Qətnamə layihəsi daimi üzvlər olan Çin və Rusiyanın veto hüququndan istifadə etməsindən sonra qəbul edilməyib.

Qətnamə mətnində Hörmüz boğazı bölgəsində ticarət dəniz yollarından istifadə edən dövlətlərin “müdafiə məqsədli səylərini əlaqələndirməyə qəti şəkildə təşviq edilməsi” çağırışı yer alıb. Bundan əlavə, bölgədə gəmiçiliyin bağlanması və maneə törədilməsinə yönəlmiş cəhdlərin qarşısının alınması tələb edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram