Çin və Özbəkistan vizasız rejim haqqında saziş imzalayıb | Banco.az

Çin və Özbəkistan vizasız rejim haqqında saziş imzalayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çin Xalq Respublikası və Özbəkistan hər iki ölkənin vətəndaşları üçün vizasız rejim haqqında saziş imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov öz “Telegram” kanalında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Özbəkistan və Çin rəhbərləri arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində bu gün həmkarımla birlikdə vətəndaşlarımıza 30 gün ərzində vizasız gediş-gəliş imkanı verən saziş imzaladıq”, - deyə Səidov yazıb.

Nazir əlavə edib ki, bu sənəd mübadilənin dərinləşdirilməsi, ticarətin stimullaşdırılması və dövlətlərimizin xalqları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni addımdır.