Çin üçün artım proqnozları aşağı salınıb | Banco.az

Çin üçün artım proqnozları aşağı salınıb

Müəllif - Aida İsaq, Banco.az

“UBS Group” Çin üçün ÜDM artımı proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, daşınmaz əmlak sektorunda və istehlakda canlanmanın yavaşlaması əsas gətirilib. Beləliklə, Çin üçün 2023-cü ildə ÜDM artımı proqnozları 5,7 faizdən 5,2 faizə endirilib. İqtisadçılar həmçinin 2024-cü il üçün artım proqnozlarını 5,2 faizdən 5,0 faizə düşürüb.

Şirkət həmçinin ikinci rübdə ixracın azalması və sənaye istehsalının zəifləməsinin də artım proqnozlarının aşağı salınmasında təsirli olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram