Çində ümumi daxili məhsul 2018-ci ilin dördüncü rübündə proqnoza paralel olaraq 6,4 faiz artıb.
Çin Milli Statistika Bürosu tərəfindən açıqlanan məlumatlara görə, Çin iqtisadiyyatı dördüncü rübdə 2009-cu ildən bəri ən aşağı səviyyədə - 6,4 faiz artıb. 2018-ci il üzrə artım isə son 28 ilin ən aşağı səviyyəsində - 6,6% olub.
Çində sənaye istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 5,3 faiz olan proqnozu üstələyib. Pərakəndə satışlar isə 8,1 faiz olan proqnozdan yüksək - 8,2% artıb.
Ölkədə investisiyalar isə 5,9% artıb. Proqnoz 6% artım olacağı istiqamətində idi.
Marja