Çin dünyada günəş enerjisi sektoru üzrə liderliyini qoruyur | Banco.az

Çin dünyada günəş enerjisi sektoru üzrə liderliyini qoruyur

Müəllif - Aida İsaq, Banco.az

Çin dünyada günəş enerjisi sektoru üzrə liderliyini qoruyur.

Banco.az xəbər verir ki, Çinin quraşdırılmış günəş enerjisi gücü ilin ilk 4 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə sürətlə artıb. Ölkənin 2023-cü ildə günəş enerjisi quraşdırılmış gücü üzrə artım proqnozları 129 GVt-dan 154 GVt-a qədər dəyişdirilib. Polisilikon istehsalçısı “Tongwei Co” şirkətinin sədri Liu Hanyuanın sözlərinə görə, Çinin günəş qurğusu gələn il 200-300 GVt-a qədər yüksələ bilər. 

Qeyd edək ki, Çinin günəş qurğusunun sürətli artımı 2030-cu ilə qədər dünyada günəş enerjisi quraşdırılmış gücünün 5300 GVt-a çatacağını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et