Çimərliklərin necə açılması müzakirə olunur - RƏSMİ | Banco.az

Çimərliklərin necə açılması müzakirə olunur - RƏSMİ

“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq fəaliyyətinə qadağa qoyulan daha bir sahənin açılması müzakirə olunur”. 

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mətbuat konfransında bildirib. O deyib ki, çimərliklərin açılması və ondan sonra irəli gələ biləcək tədbirlər Operativ Qərargahda müzakirə olunur:

"Çimərliklərə getməklə orada hansı qaydalara əməl olunması, istirahət edənlərin hansı məsafədə olacağı müzakirə olunur. Qərar qəbul olunan kimi Operativ Qərargah tərəfindən ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Hazırda dəqiq qərarı deyə bilmərəm".

Qafqazinfo

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et