Harry Potter-in kəndindəki malikanə rekord qiymətə satışa çıxarılıb | Banco.az

Harry Potter-in kəndindəki malikanə rekord qiymətə satışa çıxarılıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Harry Potter-in ilk filmlərinin bir çox səhnəsinin çəkildiyi İngiltərənin Lacock kəndində yerləşən tarixi Bowden Hill House satışa çıxarılıb. Bu kənd həmişə Harry Potter sevənlərin diqqət mərkəzində olub.

Banco.az xəbər verir ki, XIX əsrin ortalarında inşa edilən tarixi malikanə təxminən 1,5 milyon funt-sterlinqə alıcı axtarır.

II dərəcəli tarixi abidə statusuna malik olan malikanə 34 akr ərazidə yerləşir. Ərazidə otlaqlar, meşəlik sahələr, tarixi terras bağları və meyvə ağacları var. Təxminən 1 232 kvadratmetr sahəyə malik binada 19 yataq otağı, 7 hamam otağı, 6 qonaq otağı, bir neçə iş otağı və ayrıca mənzil yerləşir.

Əmlakın əsas çatışmazlığı isə genişmiqyaslı bərpa işlərinə ehtiyac duymasıdır. Daşınmaz əmlak şirkəti Carter Jonasın qiymətləndirməsinə görə, bu ölçüdə tarixi malikanənin bərpası görüləcək işlərin həcmindən asılı olaraq 150 min funt-sterlinqdən 1 milyon funt-sterlinqədək xərc tələb edə bilər. Bu isə təmir xərclərinin satış qiymətinə yaxınlaşa biləcəyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram