2026-cı ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənib.
Banco.az xəbər verir ki, bu barədə bp-nin hesabatında qeyd edilib.
Hasilat
2026-cı ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 300), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (73 300), Şərqi Azəri (45 000), Dərinsulu Günəşli (47 000), Qərbi Çıraq (24 000) və ACE (26 400) platformalarından birlikdə – gündə orta hesabla 323 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 7 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanıb.
Səmt qazı
2026-cı ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bizi sosial şəbəkələrdən izləyin!!
