CES texnologiya sərgisində hansı maraqlı modellər təqdim olunur? | Banco.az

CES texnologiya sərgisində hansı maraqlı modellər təqdim olunur?

Müəllif - Aida İsaq, Banco.az

Bildiyiniz kimi bütün dünyanın gözləri yanvarın 5-dən start götürən CES texnolgiya sərgisindədir. Təqdim olunan yeni modellər insanlar tərəfindən böyük maraqla qarşılanır. Gəlin, görək bəs hansı yeniliklər təqdim olunub?

18 düymlük noutbuk

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 1

Onlayn oyunlara artan hədsiz maraq şirkətləri noutbuk istehsalı zamanı yeni addımlar atmağa vadar etdi. Belə ki, getdikcə böyüyən ekranlar texnologiya əsrinin ən vacib təlabatına çevrilməyə başladı. Bunu əsas götürən “Dell” şirkəti “Alienware” modelində 18 düymlük ekrana malik yeni noutbukunu təqdim edib. Cihaz 13-cü nəsil Intel Core i9-13980HX prosessoru və NVIDIA GeForce RTX 4090 Laptop GPU ilə təchiz olunub.

Qatlana bilən OLED ekran

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 2

Qatlana bilən ekran texnologiyasını telefonlarla yanaşı digər modellər üzərində də tətbiq etməyə çalışan Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” yeni konseptə malik cihazında qatlana bilən OLED ekranından istifadə edib.

Canlı yayıma qoşula bilən soba

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 3

Sözügedən sərgidə “Samsung”un təqdim etdiyi digər yenilik isə canlı yayım edə bilən sobadır. Belə ki, “Bespoke AI Wall Oven” adlı sobanın içindəki kamera ilə canlı yayım etmək mümkündür.

“Roku” ilk televizor modelini təqdim etdi

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 4

Streaminq xidmətləri göstərən “Roku” şirkəti ilk televizor modelini təqdim edib. Əgər siz də yüksək keyfiyyət axtarışında olmayan istehlakçılardansınızsa bu model məhz sizin üçün nəzərdə tutulub. 2K təsvirləri olan televizorun ölçüsü 24 ilə 75 düym arasında dəyişir. Cihazın ilkin qiyməti 119 dollardır.

“JBL”dən yeni qulaqlıqlar!

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 5

Audio avadanlıqların istehsalı ilə məşğul olan “JBL” şirkəti “Tour Pro 2” adlı naqilsiz bluetooth qulaqlıqlarını təqdim edib. 1,45 düymlük sensor ekrana sahib qulaqlığın qiyməti isə 250 dollardır. 

Bədən tempraturu ilə enerji yığa bilən ağıllı saat

Ən sərfəli kredit üçün müraciət et

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 6

“Barracuda” şirkəti tərəfindən istehsal olunan “BHeart” ağıllı saatı gecələr bədən istiliyi və hərəkəti ilə enerji yığa bilmək xüsusiyyətlərinə sahibdir. Cihazın qiyməti 100 dollardır.

Günəş enerjisini toplaya bilən generator

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 7

Cihaz 5000 vatt fasiləsiz gücə malik ilk günəş generatoru kimi bazara təqdim olunub. Cihaz həmçinin bir saatdan az müddətdə elektrik enerjisi ilə də 80 faiz enerji toplaya bilir.

Sensor ekrana sahib mətbəx taxtası

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 8

Mətbəxdə yemək hazırladığımız zamanlarda əksərən nəyəsə baxmaq və ya reseptləri nəzərdən keçirmək istəyi yaranır. “Blok” şirkəti milyonlarla insanın bu ehtiyacını 13 x 20 düymlük sensor ekrana sahib ərzaqları doğramaq üçün nəzərdə tutulan taxta lövhəylə qarşılayıb.

Sidiyi analiz edə bilən tualet sensoru

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 9

“Withings”in tualet sensoru sidiyi analiz etməyə eyni zamanda qadınlarda  ovulyasiya dövrünü dərindən incələməyə imkan verir. 

3D OLED ekrana sahib noutbuk

CES 2023'te tanıtılan 10 cihaz ve teknoloji - 10

“Asus” şirkəti sərgidə eynəksiz istifadə oluna bilən və 3,2K təsvirlər təqdim edən ekrana sahib noutbuk modeli ilə təmsil olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et