BVF-ə görə, növbəti 5 ildə qlobal artıma ən böyük töhfəni bu ölkə verəcək | Banco.az

BVF-ə görə, növbəti 5 ildə qlobal artıma ən böyük töhfəni bu ölkə verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF-ə görə, qarşıdakı 5 ildə qlobal artıma ən böyük töhfə Çindən gələcək.

Banco.az xəbər verir ki, BVF-in ötən həftə açıqladığı Dünya İqtisadi Görünüş hesabatından tərtib edilən məlumatlara görə, Çin 2023-2028-ci illərdə qlobal artımda 22,6 faiz paya sahib olacaq.

Çini 12,9 faizlə Hindistan , 11,3 faizlə isə ABŞ təqib edəcək.

Ümumilikdə, Çin, Hindistan, ABŞ və İndoneziya ümumi qlobal artımın yarıdan çoxunu təmin edəcək.

Qeyd edək ki, G7 ölkələri olan Almaniya, Yaponiya, İngiltərə və Fransa da böyüməyə ən böyük töhfə verəcək 10 ölkə arasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et