Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya biləcəyi gözləntiləri və ən böyük institusional Bitkoin alıcılarından biri olan Strategy ilə bağlı narahatlıqlar səbəbindən Bitckoin son 21 ayın ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, Bitkoin çərşənbə günü Asiya ticarətində 1,5%-ə qədər ucuzlaşaraq 57.742 dollara düşüb.
İyun ayında investorlar ABŞ-də qeydiyyatdan keçmiş Bitkoin birja ticarət fondlarından (ETF) 4 milyard dollardan çox pul çıxarıblar.
Bu, fondların iki il əvvəl fəaliyyətə başlamasından bəri ən böyük aylıq axın olub.
