Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ İctimai Etika Ofisi (OGE) tərəfindən dərc edilən illik maliyyə açıqlama hesabatında ABŞ prezidenti Donald Trampın minlərlə müxtəlif maliyyə aktivinə sahib olduğu ortaya çıxıb.
Banco.az xəbər verir ki, OGE Trampın 927 səhifəlik illik maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Hesabatda həmçinin Trampın dövlət vəzifələrindən kənar vəzifələri, müxtəlif şirkətlərdə tutduğu icraçı və prezident vəzifələri sadalanıb.
Trampın həyat yoldaşı Melaniya Trampın aktivlərini də əhatə edən hesabatda "Melaniya" kitabı və film layihələrindən əldə edilən qonorar və xalis qazanc, eləcə də NFT satışları ilə bağlı detallar paylaşılıb.
Trampın son illik maliyyə hesabatına görə, onun 2025-ci ilə qədər kriptovalyuta və memecoin fəaliyyətlərindən ən azı 1,2 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.
