ABŞ-da mənzil qiymətləri artmaqda davam edir | Banco.az

ABŞ-da mənzil qiymətləri artmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mənzil qiymətləri artmaqda davam edib.

Banco.az xəbər verir ki, "S&P Dow Jones Indices" tərəfindən aprel ayına dair milli mənzil qiymətləri indeksi açıqlanıb.

Məlumata görə, ABŞ-da milli mənzil qiymətləri indeksi aprel ayında illik müqayisədə 0,8 faiz artıb.

İndeks mart ayında illik ifadədə 0,7 faiz yüksəlmişdi.

ABŞ-ın 20 böyük şəhərində mənzil qiymətlərini ölçən indeks də aprel ayında illik əsasda 1,1 faiz artım göstərib.

Bazar iştirakçıları indeksin bu dövrdə mart ayında olduğu kimi 0,9 faiz artacağını proqnozlaşdırırdılar.

İndeksə daxil olan 20 şəhər arasında aprel ayında mənzil qiymətlərinin illik əsasda ən çox artdığı şəhər Çikaqo olub. Çikaqoda mənzil qiymətləri illik müqayisədə 6,5 faiz yüksəlib.

Çikaqodan sonra mənzil qiymətlərinin ən çox artdığı şəhərlər 3,8 faizlə Nyu-York və 3,2 faizlə Klivlend olub.

Eyni dövrdə mənzil qiymətlərinin ən çox azaldığı şəhər isə 2,3 faiz enişlə Sietl olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram