Bütün bağlanmış banklarda Kreditorlar Komitəsinin yaradılması ilə bağlı məhkəməyə müraciət olunub | Banco.az

Bütün bağlanmış banklarda Kreditorlar Komitəsinin yaradılması ilə bağlı məhkəməyə müraciət olunub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev əksər bağlanmış banklarda Kreditorlar Komitəsinin yaradılmaması barədə səslənən fikirlərə münasibət bildirib.

Bu barədə ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında açıqlama verib.

Ən sərfəli kredit üçün müraciət et

“Bütün bağlanmış banklarda Kreditorlar Komitəsinin yaradılması ilə bağlı məhkəməyə müraciət olunub. Hətta sonuncu bağlanmış bank olan “Dəmirbank” ASC ilə bağlı da məhkəməyə müraciət etmişik, qərarları gözləyirik”, - deyə V.Abdullayev qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et