Tamara Mustafayeva, Banco.az
Norveç pandemiyadan sonra pul siyasəti faizini artıran ilk inkişaf etmiş ölkə olub.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Norveç Mərkəzi Bankı (Norges Bank) pandemiyadan sonra ilk dəfə faiz dərəcəsini proqnozlara paralel olaraq 0%-dən 0,25%-ə qədər artırıb. Ekspertlər bununla da, iqtisadi canlanma ilə yanaşı faiz artımı dinamikasının da başladığını bildiriblər.
Mərkəzi Bankın sədri Oeysteyn Olsen ölkə iqtisadiyyatının yavaş-yavaş pandemiyadan əvvəlki vəziyyətinə qayıtması ilə birlikdə faiz dərəcələrinin də mərhələli şəkildə tənzimlənməsini doğru hesab etdiklərini qeyd edib. O, "Ümumi iqtisadi mənzərənin analizi və risk tarazlığı nəzərə alındıqda, faiz dərəcəsinin dekabr ayında da artırılma ehtimalının olduğunu söyləyə bilərəm", deyə bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!