Bu ölkədə təbii qaza 1,44 milyard dollar investisiya qoyulub | Banco.az

Bu ölkədə təbii qaza 1,44 milyard dollar investisiya qoyulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç hökuməti təbii qaza 1,44 milyard dollar investisiya qoyuluşu həyata keçirəcək.

Banco.az xəbər verir ki, Norveçin dövlət enerji şirkəti “Equinor” və tərəfdaşları Norveç dənizindəki İrpa təbii qaz yatağına 1,44 milyard dollar sərmayə qoyacaqlarını açıqlayıblar.

Layihə çərçivəsində 20 milyard kubmetr təbii qazın Avropaya ixracı nəzərdə tutulur.

Xatırladaq ki, əvvəllər Asteriks kimi tanınan İrpa 1300 metr dərinliyi ilə Norveç dənizinin ən dərin təbii qaz yataqlarından biridir.

İstehsalın 2026-cı ilin son rübündə başlanacağı və 2039-cu ilə qədər davam edəcəyi gözlənilir. Gündəlik hasil olunacaq təbii qazın miqdarı isə hələ ki, məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et