Bu ölkədə işçilər iş saatından sonra müdirlərin zənglərinə cavab verməyəcəklər | Banco.az

Bu ölkədə işçilər iş saatından sonra müdirlərin zənglərinə cavab verməyəcəklər

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliyada insanlara iş saatlarından sonra gələn zənglərə məhəl qoymamağa imkan verən yeni qanun qüvvəyə minib.

Banco.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qanuna əsasən, ölkə hakimiyyəti işçilərə iş saatlarından sonra və həftə sonları alınan mesajlara məhəl qoymamağa icazə verib. Artıq iş vaxtından kənar zənglərə cavab verməmək qərarına gələn işçilər işəgötürən tərəfindən cəzalandırılmayacaqlar.

Eyni zamanda, qanun işəgötürənlərin işçilərlə əlaqə saxlamasını qadağan etmir, lakin işçilər özləri istədikləri halda rəhbərliyin suallarına cavab verəcəklər. Qeyd edilir ki, qanun keçən ilki araşdırma fonunda qəbul edilib. Araşdırmaya görə, avstraliyalılar hər il 281 saatını ödənilməmiş əlavə işə sərf edirlər.

Qanunda deyilir ki, işəgötürənlər və işçilər ekstremal hallarda öz aralarında yaranan mübahisələri həll etməlidirlər. Avstraliya Ədalətli İş Komissiyası (FWC) vəziyyətə müdaxilə edə bilər və işəgötürəni iş saatları xaricində işçi ilə əlaqə saxlamağı dayandırmağa məcbur edə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Avstraliya Həmkarlar İttifaqları Şurası hesab edir ki, “əlaqəni kəsmək hüququ” işçilər üçün daha çox iş-həyat balansını təmin edəcək. Bununla belə, bir çox avstraliyalı əmindir ki, yeni qaydaların onların gündəlik iş rejiminə çox az təsiri olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et