Bu ölkədə insansız düyü ferması fəaliyyətə başlayıb | Banco.az

Bu ölkədə insansız düyü ferması fəaliyyətə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində insansız düyü ferması fəaliyyətə başlayıb.

Banco.az xəbər verir ki, Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Bölgəsinin Quqanq şəhərində insansız düyü ferması rəsmi olaraq fəaliyyətə başlayıb.

Təsərrüfat regionun kənd təsərrüfatının modernləşdirilməsi səylərində mühüm mərhələni təmsil edir.

“Kənd təsərrüfatı texnikasında real vaxt rejimində dinamik yerləşdirmə platforması quraşdırmaq və intellektual idarəetmə və nəzarət platformasında əməliyyat trayektoriyasını tənzimləməklə biz yerləşdirmə xətasını santimetrlə məhdudlaşdıra, beləliklə, kənd təsərrüfatı məhsullarının istehsalının yaxşılaşdırılmasına nail ola bilərik. Dronlara nəzarət etmək, insansız kənd təsərrüfatını həyata keçirmək, əmək xərclərini minimuma endirmək və kənd təsərrüfatı texnikası işçilərinin təlim ehtiyacını azaltmaq üçün ağıllı idarəetmə və nəzarət platformaları qurmuşuq", rəsmilər bildirib.

Qeyd edək ki, müasir texnika Quanqsinin müxtəlif bölgələrində kənd təsərrüfatı istehsalını da artırır.

Ən sərfəli kredit üçün müraciət et

Pingnan qraflığındaki düyü istehsalı mərkəzinin texniki işçiləri 22 min fermerə qabaqcıl mexanikləşdirmə texnologiyasını mənimsəmək üçün uğurla rəhbərlik ediblər. Bu yolla 30 min hektardan çox sahədə çəltik əkini aparılıb və nəticədə əldə edilən gəlir 3,2 milyon yuandan (təxminən 442 min 240 ABŞ dolları) çox artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et