Bu ölkədə dollar bir gündə 21% bahalaşıb | Banco.az

Bu ölkədə dollar bir gündə 21% bahalaşıb

Venesuelanın "qara bazar"ında ABŞ dollarının məzənnəsi ötən gün 21% artaraq 14 800 bolivara yaxınlaşıb. 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, milli valyutanın kəskin dəyərdən düşməsinə səbəb ötən bazar günü ölkədə keçirilmiş parlament seçkiləri nəticələrinin müxalifət tərəfindən qəbul edilməməsi fonunda təşkil olunan etiraz aksiyaları olub. 

Ən sərfəli kredit üçün müraciət et

Yaranan qarşıdurmalar insan tələfatı ilə nəticələnib və bundan sonra ABŞ hökuməti Venesuelanı ona qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə hədələyib. Bütün bunlar ölkənin milli valyutasını bir qədər də dəyərdən salıb.

Qeyd edək ki, Venesuela dolların rəsmi məzənnəsi 10 bolivar, əlavə mübadilə sistemində isə 2 900 bolivar təşkil edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et