Bu ölkə “Shell”in neft aktivlərinin bir hissəsinin satışını əngəlləyib | Banco.az

Bu ölkə “Shell”in neft aktivlərinin bir hissəsinin satışını əngəlləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Nigeriya hökuməti “Shell” enerji qrupunun ölkənin materik hissəsində və Qvineya körfəzində bilavasitə sahilə yaxın ərazidə yerləşən neft və qaz hasilatı aktivlərinin satışını əngəlləyib.

Banco.az xəbər verir ki, bu barədə Nigeriyanın Neft Hasilatı Tənzimləməsi Komissiyasının rəhbəri Qbenqa Komolafe paytaxt Abucada keçirdiyi brifinqdə bildirib.

“Satış müqaviləsi tənzimləyicinin testindən keçmədi”, - o qeyd edib. Bununla belə  konkret səbəblər göstərilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, yanvar ayında “Shell” Afrikanın beş şirkəti birləşdirən “Renaissance” konsorsiumu ilə Nigeriyanın materik hissəsində və sahildəki dayaz sularda neft hasilatı ilə məşğul olan “Shell Petroleum Development Company of Nigeria Limited” (SPDC) şirkətini ona satmaq barədə razılığa gəlib. Lakin sentyabrda Nigeriyanın cənubundakı sakinləri təmsil edən bir neçə icma ətraf mühitin çirklənməsinə görə 310 milyon dollar kompensasiya ödənilənə qədər “Shell”in bizneslərinin satışını dayandırmaq üçün ölkənin Ali Məhkəməsində iddia qaldırıb.