Bu Mərkəzi Bank uçot dərəcəsini ötən 14 ilin maksimumuna qaldırıb | Banco.az

Bu Mərkəzi Bank uçot dərəcəsini ötən 14 ilin maksimumuna qaldırıb

Tamara Mustafayeva, Banco.az

Kanada Bankı (mərkəzi bank) overnayt dərəcəsini 75 baza bəndi artıraraq 3,25 faizə qaldırıb ki, bu da 2008-ci ilin aprelindən bəri qeydə alınan ən yüksək səviyyədir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bankdan verilən açıqlamada monetar sərtləşdirmə siyasətinin davam etdirildiyi bildirilib.

Açıqlamada overnayt faiz dərəcəsinin 75 baza bəndi artırılaraq 2,5 faizdən 3,25 faizə qaldırıldığı qeyd edilib. Beləliklə, Kanadada uçot dərəcəsi ötən 14 ilin ən yüksək səviyyəsinə çatıb.

Kovid-19 pandemiyası, davam edən tədarük çatışmazlığı və Ukraynadakı müharibənin təsirindən iqtisadi artımın azaldığı, qiymətlərin isə artdığı vurğulanan açıqlamada qlobal inflyasiyanın yüksək olaraq qaldığı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et