Bu mərkəzi bank uçot dərəcəsini 8 ilin ən yüksək səviyyəsinə çatdırıb | Banco.az

Bu mərkəzi bank uçot dərəcəsini 8 ilin ən yüksək səviyyəsinə çatdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tailand faiz dərəcələrini 8 ilin pik həddinə çatdırıb.

Banco.az xəbər verir ki, Tailand Mərkəzi Bankı inflyasiya ilə mübarizə çərçivəsində uçot dərəcəsini ötən 8 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Belə ki, Mərkəzi Bankın Pul Siyasəti Komitəsi yekdilliklə uçot dərəcəsini 25 baza bəndi artıraraq 2 faizə çatdırıb. 

İqtisadçıların proqnozları da məhz bu istiqamətdə idi. Qeyd edək ki, ölkədə uçot dərəcəsi axırıncı dəfə 2015-ci ilin yanvarında bu səviyyəyə çatdırılmışdı.

Xatırladaq ki, Tailandın rəsmi valyutası olan baht ötən ay təxminən 1,5 faiz dəyər itirmiş, xarici investorlar səhm və istiqrazlarını satmağa başlamışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et