Bu il Venesuelada hiperinflyasiya olacaq | Banco.az

Bu il Venesuelada hiperinflyasiya olacaq

Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesuelada 2017-ci ilin yekununda inflyasiyanın 2 300% təşkil edəcəyi gözlənilir.

Bu proqnoz Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “World Economic Outlook, October 2017” hesabatında qeyd edilib.

Hesabata görə, ilin yekununda Venesuelada 12%-lik iqtisadi azalma olacağı ehtimal edilir: "Venesuelada siyasi böhranın güclənməsi iqtisadi fəallığa təzyiq göstərir. Bu da öz növbəsində neft hasilatının azalmasına və inamın zəifləməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, Venesuela Latın Amerikası ölkələri arasında 2017-ci ildə iqtisadi geriləmə müşahidə olunan yeganə dövlətdir.

Mənbə: Report.az