Bu il sosial şəbəkələrdə hansı yeniliklər tətbiq olundu? AÇIQLAMA | Banco.az

Bu il sosial şəbəkələrdə hansı yeniliklər tətbiq olundu? AÇIQLAMA

"2020-ci il dinamik və fərqli bir il oldu. Sosial media platformaları da bu fərqliliyə ayaq uydurmağa, bohranı fürsətə çevirməyə çalışdı. 

 

Pandemiya səbəbilə sosial şəbəkələrdə Canlı yayımların sayı və keyfiyyəti artdı. Öncəki illərdə bu, bir fərqlilik kimi görünürdüsə bu il zərurətə çevrildi.

 

LinkedIn platforması 2020-ci ildə ən uğurlu fəaliyyətlə yadda qalan platformalardan oldu. Ard-arda "Live", "Events", "Polls", "Stories" funksiyalarını istifadəyə verdi, göstəricilərini yaxşılaşdırdı".

Bunu açıqlamasında Sosial media marketinq üzrə mütəxəssis Orxan Rzayev deyib.

Mütəxəssis qeyd edib ki, bu il sosial şəbəkələr platforma daxilində alış-veriş funksionallığını artırmağa çalışdı: "Bunu da pandemiyanın ciddi təsiri kimi qiymətləndirə bilərik. Qlobal arenada TikTok-un orqanik (ödənişli reklam olmadan) baxış və yeni auditoriyalara çatma imkanı yaratması fərqlilik yaratdı. Bir çox qlobal şirkətlərin ekspertləri məhz bu amilə görə TikToku fərqləndirir".

Azərbaycanda isə bu il Instagramın sürətlə böyüməsinin diqqət çəkdiyini deyən Orxan Rzayev bildirib ki, artıq İnstaqramda aktiv azərbaycanlı sayı 4 milyona yaxınlaşır: "Bu da ölkədəki ən böyük sosial şəbəkə deməkdir. Bununla yanaşı Feysbuk öz əhəmiyyətini qoruyur, LinkedIn ölkədə kifayət qədər populyarlıq qazanıb. Vətən Müharibəsi dövründə ölkə başçısı İlham Əliyevin Tvitter'dən aktiv istifadə etməsi bu sosial şəbəkədə azərbaycanlı sayını bir neçə dəfə artırdı".

Ən sərfəli kredit üçün müraciət et

"Təbii ki, pandemiya səbəbilə demək olar bütün bizneslər sosial şəbəkələrə yönəldi, sosial mediada olanlar daha da aktivləşdi", - deyə O.Rzayev əlavə edib.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et