Bu hava yolu şirkəti bilet qiymətlərini artıracaq | Banco.az

Bu hava yolu şirkəti bilet qiymətlərini artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Lufthansa” Avropa İttifaqının (Aİ) yeni qaydalarına görə biletlərin qiymətini 72 avroya qədər artıracaq.

Banco.az xəbər verir ki, alman hava yolu şirkəti “Lufthansa” Aİ-nin karbon emissiyalarının azaldılması ilə bağlı yeni qaydalarına əsasən xərclərini ödəmək üçün bilet qiymətlərinə 72 avroya qədər ekoloji xərc haqqı əlavə edəcəyini açıqlayıb.

Alman hava yolları qrupu Aİ ölkələri, İngiltərə, Norveç və İsveçrədən uçan bütün reyslərdə qiymətlərin bilet növündən asılı olaraq 1 avro ilə 72 avro arasında artacağını elan edib. Artımların bəziləri 26 iyun tarixindən etibarən 1 yanvar 2025-ci il tarixli uçuşlar üçün qüvvədə olacaq.

Ən sərfəli kredit üçün müraciət et

“Lufthansa” uzun illərdir ki, daha bahalı davamlı təyyarə yanacağının istifadəsini tələb edən qaydaların xərcləri artıra biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et