Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə daxili bazarlar Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarına fokuslanıb.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) internet saytında yer alan iclas təqviminə əsasən faiz qərarının nə vaxt açıqlanacağı bəlli olub.
Buna görə, Mərkəzi Bankın dekabr ayı üzrə faiz qərarı cümə axşamı, 22 dekabr (bu gün) Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.
Xatırladaq ki, ekspertlər mərkəzi bankın uçot dərəcəsini sabit saxlamasını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!