FED-in bank sektorunda böhranın daha dərin olacağına dair məlumatları, dollara olan tələbi artırıb. Avro, Funt, Lirə və BTC təzyiq altında.
Beynəlxalq valyuta birjalarında çərşənbə günü yayımlanan FED-in toplantı protokolunda bankların daha çox risk altında olduğunu vurğulanması, Amerikanın SP kimi fond indekslərinin ucuzlaşmasına səbəb olmaqla yanaşı, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də bahalaşmasına səbəb olub.
Nəticədə avro və funtun qiymətlərində də ucuzlaşma müşahidə edilir. Təhlillərə əsasən, avro 1.09, funt sterlinq isə 1.21$-a kimi ucuzlaşa bilər.
İngiltərədən açıqlanacaq göstəricilər önəmli olacaqdır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin sənaye və xidmət sektorlarında dair yayımlanacaq önəmli fundamental göstəricilər həm məzənnələrə, həm də sabah Avrozonadan açıqlanacaq göstəricilər fonunda ehtimallara təsiri baxımından önəmli olacaqdır.
Bu gün saat 15:00-da Türkiyə Mərkəzi Bankı tərəfindən dərc ediləcək faiz qərarı da investorların diqqət mərkəzindədir. USD/TRY məzənnəsi isə 6.84TL-ni qırarsa, yenidən bahalaşmağa başlaya bilər.
Dollarda bahalaşma, Bitkoində ucuzlaşmaya səbəb olub.
Kriptovalyuta birjalarında isə dolların bahalaşması, Bitkoinin ucuzlaşmasına səbəb olub. Lakin 9327$-da yenidən dəstək görən qiymət, sözügedən səviyyənin üzərində qaldıqca, 9700$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!