Bu gün Türk Lirəsi üçün həllədici qərar açıqlanacaq | Banco.az

Bu gün Türk Lirəsi üçün həllədici qərar açıqlanacaq

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaqdır.

TCMB-nin yüksələn inflyasiyaya baxmayaraq faizində bir artım edib etməyəcəyinə dair narahatlıqlar Türk Lirəsinə (TL) mənfi təsir edir.

TCMB-ni faiz qərarının Türk Lirəsinin istiqaməti baxımından həlledici olacağı nəzərdə tutulur. Reuters-in apardığı sorğuya görə, TCMB-nin faizini 8.25%-də sabit saxlayacağı gözlənilir. Goldman Sachs və Deutsche Bank isə Türkiyə Mərkəzi Bankının faiz artıracağını gözləyirlər.

Bazarlarda Türkiyə - Avropa Birliyi əlaqələri də yaxından izlənilir.

Eyni zamanda, qlobal bazarlarda ABŞ dolları mühüm valyutalar, o cümlədən Türk Lirəsi qarşısında bahalaşır. Bu gün Dollar/TL məzənnəsi 7.7186 səviyyəsini görərək rekord yeniləyib.

Yunanıstan ilə Türkiyə arasında Şərqi Aralıq dənizi mövzusunda danışıqların başlayacağı Türk Lirəsi üçün müsbət olsa da başqa problemlər mövcuddur. İnflyasiyanın artacağı gözləntiləri, ölkənin kredit reytinqinin pisləşməsi TL-yə mənfi təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et