Azərbaycanın sığorta bazarı 6%-dən çox böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 6%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında 867 milyon 396 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 50 milyon 348 min manat və ya 6,2% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549 milyon 682 min manata bərabər olub. Bu da illik müqayisədə 117 milyon 484 min manat və ya 27,2% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram