Apple şirkəti yenidən dünyanın ən dəyərli şirkəti olub | Banco.az

Apple şirkəti yenidən dünyanın ən dəyərli şirkəti olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Apple Nvidia-nı geridə qoyaraq 2025-ci ilin aprelindən bəri ilk dəfə dünyanın ən dəyərli şirkəti olub.

Banco.az xəbər verir ki, süni intellekt çipləri sektorunda müşahidə olunan ümumi satış dalğası fonunda Nvidia-nın səhmləri 5% ucuzlaşıb və şirkətin bazar dəyəri 4,77 trilyon dollara düşüb.

Apple səhmləri isə şirkətin cümə axşamı açıqlayacağı maliyyə hesabatı öncəsi 1% bahalaşaraq bazar dəyərini 4,95 trilyon dollara çatdırıb.

Nvidia 2025-ci ilin iyunundan dünyanın ən dəyərli şirkəti idi. Şirkət həmin dövrdə Microsoft-u geridə qoymuş, oktyabrda isə qısa müddətə 5 trilyon dollarlıq bazar dəyərini keçmişdi.

2026-cı ilin əvvəlindən Nvidia səhmləri cəmi 4% bahalaşdığı halda, Apple səhmləri isə 24% yüksəlib. 

Digər tərəfdən, investor marağının süni intellekt çiplərindən Micron Technology, SK Hynix və Sandisk kimi süni intellekt data mərkəzlərinə yatırımlardan faydalanan yaddaş çipi və infrastruktur şirkətlərinə yönəldiyi bildirilir.

Apple-ın cümə axşamı açıqlayacağı maliyyə hesabatında qlobal yaddaş çipi çatışmazlığının şirkətin maliyyə göstəricilərinə təsirini ilk dəfə ətraflı açıqlaması gözlənilir. Şirkət bu təchizat problemi səbəbindən iyun ayında Mac və iPad modellərinin qiymətlərini artırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram